CƏMİYYƏT


Doqquz ay ərzində 131 fiziki şəxsə su bioresurslarından istifadə etmək hüququ verilib

Bakı, 12 oktyabr, G.Mahmudlu, AZƏRTAC

Doqquz ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq 11 hüquqi və 131 fiziki şəxsə balıq və digər su bioresurslarından sənaye məqsədləri ilə istifadə etmək hüququ verilib. Bu məqsədlə 1087 ton kilkə, 90 ton siyənək və 407,8 ton axçalı balıqların ovuna kvotalar ayrılıb.

Bu barədə AZƏRTAC-a nazirliyin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.

“Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi məqsədilə 2,1 ton nərəcinsli, digərləri üçün isə 5,2 ton çəkikimi balıq növlərinin ovlanmasına icazə verilib. Həmçinin elmi-tədqiqat işlərinə görə 2 ton nərəcinsli balıq növlərinin ovlanmasına şərait yaradılıb. Balıq ovu ilə məşğul olmaq istəyənlər balıqovlama biletləri ilə təmin ediliblər”, - deyə sektor müdiri diqqətə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.