REGİONLAR
Doqquz ayda Cəlilabadda 236,3 ton un istehsal olunub
Cəlilabad, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin doqquz ayında Cəlilabad rayonunda fəaliyyət göstərən 11 sənaye müəssisəsi və 32 sahibkar tərəfindən 6 milyon 484,2 min manatlıq sənaye malları istehsal olunub və xidmətlər göstərilib.
Rayonda elektrik enerjisinin paylanması üzrə satışdan əldə olunan gəlirlər 4,7 faiz artaraq 3 milyon 236,1 min manat, qazın paylanması üzrə ümumi işin həcmi 18 faiz artaraq 1 milyon 146,1 min manat, şəbəkə suyunun paylanması üzrə ümumi gəlir 58,1 faiz artaraq 173 min manat, tullantı zibillərinin toplanması üzrə gəlir 275,4 min manat olub.
Bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, rayonda sənaye sahəsində digər istehsal emal sənayesi və mədənçıxarma üzrə olub. Çörək istehsalı sənayesində 324,4 min manat dəyərində (382,5 ton) çörək bişirilərək satılıb. Rayonda 128,7 min manat dəyərində (236,3 ton) un istehsal olunub.
Bu dövrdə Cəlilabadda 33,5 min manat dəyərində içki məhsulları, 216,1 min manatlıq (99 min 600 ədəd) yataq ləvazimatları istehsal edilib.