İQTİSADİYYAT
Doqquz ayda ölkədə 51,1 min yeni iş yerləri açılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Cari ilin doqquz ayı ərzində ölkədə 51,1 min yeni iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 89 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 76,7 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 22,6 faizi digər regionların, o cümlədən 4,3 faizi Gəncə-Daşkəsən, 4,1 faizi Abşeron-Xızı, 2,7 faizi Lənkəran-Astara, 2,5 faizi Quba-Xaçmaz, 2,1 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,3 faizi Şirvan-Salyan, 1,2 faizi Mərkəzi Aran, 1 faizi Mil-Muğan, 0,9 faizi Qarabağ, 0,7 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 10 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,3 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,1 faizi tikinti, 18,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi emal sənayesi, 6,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 6,4 faizi peşə, elmi və texniki fəaliyyət, 6,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,4 faizi təhsil, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 2,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 6,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, hesabat dövründə ölkədə 9,5 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 28,9 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 31,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 68,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.