İDMAN


Dördqat Avropa çempionu Elçin Eminov məktəblilərlə görüşüb

Bakı, 14 may, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə imzaladığı əsasnaməyə əsasən, “Çempionumuz" sosial idman layihəsi çərçivəsində Binəqədi rayonu 179 saylı tam orta məktəbdə uşu idman növü üzrə dördqat Avropa çempionu Elçin Eminov ilə məktəblilərin görüşü olub. Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, Binəqədi rayon 179 saylı tam orta məktəbin direktoru Bayaz Novruzova və gənclər iştirak ediblər.

İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra idarənin baş məsləhətçisi Elvin Quliyev tədbirlə bağlı məlumat verib və idmançımızın ümumi idman nailiyyətlərindən söz açıb.

Məktəbin direktoru Bayaz Novruzov tədbir iştirakçılarını salamladıqdan sonra görüşün təşkil olunmasına görə Binəqədi Rayon Gənclər və İdman İdarəsinə xüsusi təşəkkürünü bildirib.

Daha sonra E.Eminov qazandığı nailiyyətlər barədə gənclərə məlumat verib.

Tədbir idmançımızın gəncləri maraqlandıran suallarını cavablandırması ilə davam edib.

Yekunda idmançıya İdman İdarəsi tərəfindən Fəxri fərman verilib, məktəbdə təşkil olunan guşədə məktəblilər və pedaqoji heyət ilə xatirə şəkilləri çəkilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.