ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyası professorunun kitabı beynəlxalq elektron platformada yer alıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasının müdiri professor Xatirə Hüseynovanın həmmüəllifi olduğu “Kəmər və yol təşəbbüsü Cinin qlobal iqtisadi izi” (Belt ans Road İnitiative Chinas qlobal bussines footprint) adlı kitab “İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin” (CBER) dəstəyi ilə İngiltərədə çapdan çıxıb və www.amazon.com saytında yerləşdirilib.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib. Bildirilib ki, professor X.Hüseynovanın “Kəmər və yol təşəbbüsü və mərkəzi dəhliz: Çin, Xəzər və Avropa arasında logistik körpü” (Belt and Road İnitiative and the Central Corridor: Logistics bridge between China, the Caspian and Europe) adlı yazısında Cinin sürətlə böyüməsindən başlayaraq hökm sürən qlobal təkqütblü nizam, ikiqütblü iqtisadi nizama doğru keçməsi, bu çərçivədə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü düşünülmüş ən iddialı layihələrdən biri sayıldığı qeyd edilir. Kitab Çinin bu təşəbbüsünün qlobal iqtisadiyyata təsirinin müxtəlif tərəflərini əhatə edir, perspektivlər təhlil olunur, iqtisadi təsirlərlə bağlı hərtərəfli baxışları təqdim edir.
“Kəmər və yol təşəbbüsü və mərkəzi dəhliz: Çin, Xəzər və Avropa arasında logistik körpü” bölməsində izah edilir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra yaxşı tanınmaqla və Avropa ilə Xəzər hövzəsi arasında enerji təhlükəsizliyi və nəqliyyat infrastrukturu daxil olmaqla bir çox sahələrdə nüfuz qazanıb. Bu cür nüfuz və Azərbaycanın regional və qlobal təcrübəsi respublikanı müasir İpək Yolu layihəsinin əsas ölkələrindən birinə çevirib.
Çinin başlatdığı “Kəmər və yol təşəbbüsü” (BRİ) adlı iddialı iqtisadi layihədə Azərbaycan Respublikasının mühüm rolu açıqlanıb. Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsində, Şimal və Cənub, Şərq və Qərbin kəsişməsində yerləşən və Asiya ilə Avropa arasında körpü oynayan mühüm bir ölkədir. Bu baxımdan Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində nəqliyyat və geosiyasi üstünlükləri var. Bölmədə qədim İpək Yolu və müasir “Kəmər və yol təşəbbüsü” strategiyasında mühüm rol oynayan Azərbaycanın nəqliyyat və logistika üstünlükləri təqdim olunur