ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi: 35 mindən artıq abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
Bakı, 9 avqust, AZƏRTAC
Ali məktəblərə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, saat 10.30-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 10732, II ixtisas qrupu üzrə 7981, III ixtisas qrupu üzrə 9240, IV ixtisas qrupu üzrə 2765 nəfər ərizəsini təsdiq edib.
I ixtisas qrupu rus bölməsi üzrə 1072, II ixtisas qrupu üzrə 863, III ixtisas qrupu üzrə 745, IV ixtisas qrupu üzrə isə 276 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2257 nəfərdir.
Ümumilikdə 5 ixtisas qrupu üzrə 35765 nəfər ərizəsini təsdiq edib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:38]
“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib
- 26.04.2024 [17:44]
Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub
- 26.04.2024 [17:15]
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
- 26.04.2024 [16:52]
“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev
- 26.04.2024 [16:34]
“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB
- 26.04.2024 [16:32]