ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi aprelin 1-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafikini müəyyənləşdirib

Bakı, 8 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, elan üzrə 3 dövlət orqanında mövcud olan 8 vakant vəzifə üzrə 16 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 5 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ “ASAN xidmət” mərkəzinin uçot sektorunda baş məsləhətçi - mühasib (1 vakant yer üzrə 6 namizəd), Dövlət Agentliyinin İmişli regional "ASAN xidmət" mərkəzinin uçot sektorunda sektor müdiri - baş mühasib (1 vakant yer üzrə 5 nəfər) vəzifələri olub.

Müsahibələrin mayın 15-dən 27-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/UmMshMshQrafiki?ElanID=259 linkindən əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.