ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində kompüter bacarıqları üzrə beynəlxalq sertifikat əldə etmək imkanı

Bakı, 19 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) dünyanın bir çox ölkələrində tanınan ICDL - (International Computer Driving Licence – Beynəlxalq Kompüter İşlətmə Lisenziyası) beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib sertifikat ala bilirlər.

ICDL imtahanlarının 4 kateqoriyası mövcuddur: ICDL Workforce, ICDL Professional, ICDL Digital Student, ICDL Digital Citizen. Bu kateqoriyalara uyğun imtahanlar haqqında məlumatı proqramlarının üzərindən keçid etməklə müvafiq modullara daxil olaraq əldə etmək mümkündür.

Qeyd edək ki, DİM Azərbaycanda ICDL imtahanlarını təklif edən yeganə akkreditasiya olunmuş test mərkəzidir. DİM-də keçiriləcək ICDL beynəlxalq imtahanı haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.