ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 10 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu aprelin 19-da saat 11.00-da Qəbələ şəhər Mədəniyyət Mərkəzində (Qəbələ, 28 may küçəsi, 40, H.Əliyev parkının yaxınlığında) keçiriləcək.
Qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayon sakinləri, o cümlədən həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki və Göyçay regional bölmələrinə müraciət etmələri (əlaqə tel: (024 244 66 14 – Şəki RB, 020 274 66 74 – Göyçay RB) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayon təhsil şöbələrinin rəhbərliyinə müraciətə edə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.