Dövlət Komissiyasının 802 - qaynar xətt zəng xidməti həftənin şənbə günləri fəaliyyətə başlayıb
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 802 - qaynar xəttinə daxil olan vətəndaş müraciətlərinin çoxluğunu nəzərə alaraq və eyni zamanda, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə bu ilin aprelindən etibarən qaynar xətt zəng xidməti həftənin şənbə günləri də (saat 9:00-17:00) fəaliyyətə başlayıb.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, yanvar-aprel aylarında 802 - qaynar xətt telefon zəng xidmətinə 671 vətəndaş müraciəti daxil olub. Onların 75-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 269-u narkotik asılılıqdan müalicə, 327-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 347 məktub ünvanlanıb.

Xəbərin mətnində orfoqrafik səhv var