Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Komitəsində ilin birinci yarısının yekunları müzakirə olunub

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Bahar Muradova iclası giriş sözü ilə açaraq, Vətən müharibəsindən sonra Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərə diqqət çəkib. Bildirib ki, bu uğurlar cənab Prezident İlham Əliyevin tapşırığı və bilavasitə rəhbərliyi ilə əldə edilib. Bu gün uğurla aparılan sosial-iqtisadi siyasətin öz nəticələrini daha parlaq bir formada ortaya qoymaqda olduğu vurğulanıb.

Son aylarda Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi, siyasi və hərbi-siyasi layihələrdən bəhs edən B.Muradova bu uğurların postmüharibə dövründəki fəaliyyətimizin daha geniş sahələri əhatə etməsinə töhfə verdiyini vurğulayıb. Xüsusilə də, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında cənab Prezidentin Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının əhəmiyyətindən danışan sədr, bunun işğaldan azad olunan ərazilərin inkişafı və buraya qayıdacaq insanların hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində atılacaq addımlara bir işarə olduğunu qeyd edib: “Biz fəaliyyətimizin hər bir sahəsində mövcud aspektləri nəzərdə tutmalı, regional fəaliyyətimizə yenidən baxmalı və bu regionlarda qurulacaq fəaliyyət istiqamətində bir sıra mühüm addımlar atmalıyıq”.

Həmçinin regionlarda yaşayan əhalinin sosial-iqtisadi inkişafını xüsusi vurğulayan B.Muradova Dövlət Komitəsi tərəfindən belə ailələrin, o cümlədən, qadınların iqtisadi fəaliyyətinin gücləndirilməsi layihələrinin həyata keçirildiyini əlavə edib.

Digər dövlət orqanları kimi Dövlət Komitəsinin də öz növbəsində COVID-19 pandemiyasının qarşımıza qoyduğu yeni tələblərə uyğun olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, 2021-ci ilin birinci yarısı üçün təsdiq edilmiş Tədbirlər Planının bütün istiqamətləri üzrə geniş fəaliyyət göstərilib, müharibədən sonrakı dövrdə zərərçəkmiş ailələrlə, həssas qrupa daxil olan insanlarla iş aparılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və ya sağlamlığını itirmiş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, uşaqların sağlamlığının qorunması, eyni zamanda, qadın sahibkarlara hərtərəfli dövlət dəstəyinin verilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Həmçinin sahibkarlığın təşviq edilməsi üçün qeyri-hökumət təşkilatları ilə birlikdə artıq ənənə halını almış bir sıra layihələr həyata keçirilir.

O qeyd edib ki, bu gün muxtar respublikada ailələrin maddi rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni iş yerləri açılır, ailə təsərrüfatları qurulur, istedadlı qadınların, həmçinin sağlamlıq imkanları məhdud qadınların əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur, aztəminatlı ailələr özünüməşğulluq proqramlarına cəlb olunurlar. Qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar dövlət təltiflərinə layiq görülür.

Muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təlim-tərbiyəsinə, təhsilinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edən komitə sədri bildirib ki, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid ailələrindən olan uşaqların sosial müdafiəsinin güclənməsi ilə bağlı tədbirlər görülür. O vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar.

Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva Dövlət Komitəsinin 2021-ci ilin birinci yarısında İş Planının icra vəziyyəti və 2021-ci ilin ikinci yarısı üçün İş Planı haqqında məlumatları diqqətə çatdırıb. Cari ildə həyata keçirilən layihələr və tədbirlər barədə məlumat verərkən, komitənin icmadan, o cümlədən, həssas təbəqədən olan ailələri daha çox diqqətdə saxladığını nəzərə çatdırıb. Bu istiqamətdə həyata keçirilən layihələrdə "Postmüharibə dövründə ailələrə psixososial dəstək layihəsi" çərçivəsində görülən işlərdən danışaraq layihənin bu gün də uğurla davam etdirildiyini qeyd edib.

Hazırda komitə tərəfindən məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin, qadınların hüquqlarının təmin edilməsi, o cümlədən, iqtisadi iştirakçılığının artırılması, uşaq liderliyinin inkişaf etdirilməsi, hüquqlarının müdafiəsi istiqamətində planda və gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakçılığının artırılması ilə bağlı ehtiyaclarının, maraqlarının təmin edilməsi istiqamətində Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin gücləndirilməsi məsələsinə diqqət çəkib. Qadın Resurs Mərkəzlərinin fəaliyyətindən bəhs edən sədr müavini onların fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Komitənin bu ilin 6 ayı ərzində daha çox postmüharibə dövründə icma dəstəkli layihələri diqqətdə saxladığını vurğulayaraq, Resurs mərkəzlərinin də bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacib olduğunu bildirib.

Daha sonra çıxış edən sədr müavini Aynur Sofiyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün tədbirlər planının icrası haqqında geniş məlumat verib. O, həyata keçirilən və cari il ərzində nəzərdə tutulan layihələr barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sədr müavini qeyd edib ki, 15 bənddən ibarət olan Tədbirlər Planının 7 bəndində Dövlət Komitəsi birbaşa iştirak edir, 1 bəndində isə işçi qrupunda nümayəndənin iştirakı nəzərdə tutulub.

Gündəlikdə duran cari məsələ kimi “2021-2023-cü illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası” ilə bağlı çıxış edən İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, dövlət idarəetmə sistemində aparılan hərtərəfli və davamlı islahatlar, kommunikasiya vasitələrindən istifadə imkanlarının daha da genişləndirilməsi, innovativ informasiya-kommunikasiya texnologiyalarının tətbiqi hər bir qurumda vahid kommunikasiya strategiyasının formalaşmasını və həyata keçirilməsini, eləcə də, media və vətəndaş cəmiyyəti institutları ilə çevik əlaqələrin qurulmasını zəruri edir.

İclasda cari ilin yanvar-iyun ayı ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Bahar Muradova yekun nitqi ilə çıxış edərək, komitənin gələcək fəaliyyəti ilə bağlı tapşırıqları diqqətə çatdırıb.

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.

Qeyd edək ki, onlayn iclasda komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin və Qadın Resurs mərkəzlərinin nümayəndələri də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransı keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib VİDEO

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib VİDEO

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub