CƏMİYYƏT


Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Bakı, 22 avqust, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsən, Gəncə, Kəlbəcər rayonlarından olan sakinləri qəbul edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul avqustun 27-də saat 10:00-da Daşkəsən rayon Dövlət Arxiv İdarəsində (Daşkəsən şəhəri, Heydər Əliyev meydanı 2) keçiriləcəkdir.

Həmin tarixdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov saat 12:00-da Göygöl rayon Heydər Əliyev Mərkəzində Göygöl, Samux, sədr müavini Gündüz İsmayılov isə saat 11:00-da Naftalan rayon Heydər Əliyev Mərkəzində Naftalan, Goranboy və Xocalı rayon sakinləri ilə görüşəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.