REGİONLAR


Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının attestasiyası üzrə test imtahanı keçirilib

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin peşəkarlığının obyektiv qiymətləndirilməsi, tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişaflarının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən onların attestasiyası üzrə test imtahanı keçirilib.

Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, imtahanda qanunvericilik üzrə 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. İmtahanda test tapşırıqlarının ən azı 60 faizini (60 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış sayılırlar.

Attestasiya üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 18 nəfərdən 16-sı test imtahanında iştirak edib, 15-i müvafiq keçid balını toplayıb.

Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.