CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin rəisi DMX yanında Məşvərət Şurasının növbəti iclasında iştirak edib

Bakı, 4 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının növbəti onlayn iclası keçirilib.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasa Azərbaycanda fəaliyyət göstərən sahibkar təşkilatlarının, işəgötürənlərin assosiativ birliklərinin və iri şirkətlərin nümayəndələri qatılıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov xidmətin fəaliyyətində sahibkarlarla dialoqun inkişafına xüsusi önəm verildiyini, özəl sektorun inkişafı, innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını bildirib. O, sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan layihələrin əhəmiyyətindən danışıb. Məşvərət Şurası ilə birgə əməkdaşlığın bütün tərəflər üçün faydalı olduğunu diqqətə çatdıran Vüsal Hüseynov, həmçinin vurğulayıb ki, dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti pandemiya müddətində daha da artıb. Pandemiyanın ölkəmizdə yaşayan, işləyən miqrantlara təsirlərinin minimuma endirilməsi, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz vəziyyətə düşmələrinin qarşısının alınması məqsədilə Xidmət tərəfindən bir sıra güzəştlər həyata keçirilib. Elektron xidmətlərin sayı artırılıb, bununla da belə müraciətlərdə 8,5 dəfə artım qeydə alınıb.

Görüşdə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının nümayəndələri bir sıra məsələlərə dair fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.