ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universitetinin “Strike Plagiarism” şirkəti ilə əlaqələri genişlənir
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Polşanın “Strike Plagiarism” antiplagiat şirkətinin regional direktoru Əli Təhməzov və direktoru Aleksandr Stryametslə görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqlara universitetin elmi potensialı haqqında məlumat verib və təlimlərin təşkilinə görə şirkətin rəhbərliyinə təşəkkür edib. Rektor bu sahədə Təhsil Nazirliyinin ADPU-ya dəstək verdiyini diqqətə çatdırıb.
Qonaqlar əməkdaşlıq müqaviləsinin həyata keçirilməsinə görə ADPU-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə hər iki tərəf faydalı əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inamlarını ifadə ediblər.
Qeyd edək ki, bu il ADPU ilə “Strike Plagiarism” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin bağlanılmasının əsas məqsədi universitetlər arasında şəbəkənin yaradılması, axtarış antiplagiat mexanizminin və sisteminin geniş funksionallığını yaxşılaşdırmaqdır.