REGİONLAR
Dövlət Statistika Komitəsi qarşıya qoyulan vəzifələri uğurla icra edib
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Muxtar respublikanın Dövlət Statistika Komitəsi tərəfindən 2020-ci ilin yanvar ayında Naxçıvanın şəhər və rayon statistika idarələrindən qəbul olunmuş əhalinin siyahıyaalınmasına (2019-cu ilin oktyabr ayında keçirilib) aid materialların xüsusi proqram təminatına işlənilməsinə başlanılıb və iyun ayında başa çatdırılıb, siyahıyaalma və sorğu vərəqələrində olan məlumatların elektron bazası yaradılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və komitə, onun yerli orqanları tərəfindən 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında danışılıb.
Komitənin sədri Vaqif Rəsulov çıxış edərək bildirib ki, 2020-ci ildə komitə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən təsdiq edilmiş sərəncamların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirib. Belə ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə muxtar respublikada əmək bazarının təhlilinə dair material, həmçinin əmək bazarını xarakterizə edən əsas göstəricilər hazırlanıb və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilib.
Vurğulanıb ki, “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamında 2020-ci ildə nəzərdə tutulmuş tədbirlərin icrası həyata keçirilib. Bununla yanaşı, müvafiq Dövlət proqramının icrası istiqamətində 2019-cu ildə istifadəyə verilmiş “Statistik Məlumatlar Sistemi”nin normal fəaliyyəti diqqətdə saxlanılıb, yeni proqram təminatlarının yaradılması, mövcud proqram təminatlarında yeniliklərin aparılması təmin edilib.
“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası istiqamətində şəhər və rayon icra hakimiyyətlərindən daxil olmuş rüblük məlumatlar əsasında ailə təsərrüfatlarının və onların istehsal etdikləri məhsulların ümumi uçotu aparılıb.
Diqqətə çatdırılıb ki, 2020-ci ildə dövri olaraq sosial-iqtisadi inkişafa dair aylıq məruzələr hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Nazirlər Kabinetinə və digər aidiyyəti orqanlara təqdim olunub.
İclasda məruzə ətrafında çıxışlar dinlənilib.