MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyinin sədri türkiyəli jurnalist və bloqqerlər üçün təşkil olunmuş mediaturda iştirak edib

Bakı, 15 oktyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak məqsədilə Bakıya gəlmiş türkiyəli jurnalist və bloqqerlərdən ibarət nümayəndə heyəti üçün oktyabrın 15-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən 60-a yaxın jurnalist və bloqqerdən ibarət heyət üçün təşkil olunmuş mediaturda agentliyin sədri Fuad Nağıyev də iştirak edib.

Onlara “Atəşgah məbədi”nin tarixi, ölkədə turizm baxımından mühüm əhəmiyyət kəsb edən tarixi abidələr və ümumilikdə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlar verilib.

Qonaqlarla iki ölkə arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, xüsusilə Azərbaycanın turizm imkanlarının təbliği istiqamətində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.