İQTİSADİYYAT


Dövlət Vergi Xidməti ən çox elektron xidmət təqdim edən qurumlardandır

Bakı, 6 oktyabr, AZƏRTAC

Vergi inzibatçılığının elektron platformasının və infrastrukturunun rəqəmsallaşması səviyyəsinin artırılması, rəqəmsal vergi inzibatçılığına keçidin sürətləndirilməsi və bu çərçivədə vergiödəyicilərinə təqdim edilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi vergi orqanının daim prioritet istiqamətlərindən biri olub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə (DVX) istinadla xəbər verir ki, DVX sahibkarlıq subyektləri üçün ən çox elektron xidmət təqdim edən dövlət qurumlarından biridir. Rəqəmsal texnologiyaların tətbiqi, vergilərin hesablanması və ödənilməsi üzrə elektron sistemlərin təkmilləşdirilməsi qarşıdakı dövrdə də diqqət mərkəzində olacaq.

Bildirilib ki, əvvəlcədən doldurulmuş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi həm sahibkarların, həm vergi xidmətinin işinin əsaslı şəkildə yüngülləşməsinə, eləcə də könüllü əməletmə səviyyəsinin artmasına töhfə verə bilər. Həmçinin yaxın perspektivdə İnternet Vergi İdarəsinin və mövcud elektron xidmətlərin təlimatlandırıcı rejimdə (simulyator) “Biznes mühitini və vergi yükünü araşdır”, “Elektron vergi konsaltinqi”, “Reytinq”, “Vergi əməletməsinin qiymətləndirilməsi”, “Kontragentləri araşdır” adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.