İQTİSADİYYAT
Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət ünvanlayıb
Bakı, 16 mart, AZƏRTAC
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli tələblərini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət ünvanlayıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vergiödəyicilərinə qurumun təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaları və martın 16-dan 19-dək xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]