İQTİSADİYYAT
Dövlət Xidmətinin keçirdiyi son hərracda 17 avtomobil satılıb
Bakı, 30 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 27-də keçirilən hərracda 17 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 83 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “Chevrolet Epica” markalı avtomobilin ilkin start qiyməti 4500 manat olsa da, ən son təklif 6450 manata yüksəlib. İlkin start qiyməti 2500 manat olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 4400 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33QHMs).
Növbəti ay üzrə hərraclar fevralın 14, 21 və 28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:43]
® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb
- 26.04.2024 [19:15]
Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 26.04.2024 [19:05]
Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub
- 26.04.2024 [18:58]
“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq
- 26.04.2024 [18:53]
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 26.04.2024 [17:56]
AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir
- 26.04.2024 [17:54]
Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır
- 26.04.2024 [17:48]