MƏDƏNİYYƏT
Dövlət arxivinin Lənkəran filialında növbəti ilin iş planı müzakirə edilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Dövlət arxivinin Lənkəran filialında Milli Arxiv İdarəsində keçirilmiş xidməti müşavirə ilə əlaqədar yığıncaq təşkil edilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, yığıncaqda Astara, Lerik, Masallı, Yardımlı rayon dövlət arxivlərinin müdirləri və filialın əməkdaşları iştirak ediblər. Dövlət Arxivi Lənkəran filialının direktoru Rəfail Rzayev Milli Arxiv İdarəsində keçirilmiş müşavirədə qaldırılan məsələlərlə əlaqədar iştirakçılara məlumat verərək qarşıya qoyulmuş tapşırıqlarla onları tanış edib.
Yığıncaqda, həmçinin 2018-ci ilin doqquz ayının yekunu və 2019-cu il üçün iş planları müzakirə edilib.
Yığıncağın sonunda Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) təhsil siyasəti” kitabları rayon dövlət arxivlərinin müdirlərinə təqdim olunub.