MƏDƏNİYYƏT


Dubayda küçə musiqiçilərinin beynəlxalq müsabiqəsi keçirilir

Bakı, 18 mart, AZƏRTAC

Dubayda küçə musiqiçilərinin beynəlxalq festivalı keçirilir. Müxtəlif ölkələrdən onlarca ifaçı “Dubay metrosunda musiqi” festivalında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib. Dubay metrosunun “Burjuman”, “Union”, DMCC, “Mall of the Emirates” və “Burj Khalifa” stansiyaları küçə musiqiçilərinin səhnəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, “Gulf News” qəzetinin yazdığına görə, bu festival təkcə BƏƏ-də deyil, bütövlükdə Yaxın Şərq regionunda ilk dəfə keçirilir.

Festivalda Bolqarıstan, Braziliya, Hindistan, İndoneziya, Rusiya, İordaniya, Livan, Suriya, habelə Körfəz ölkələrindən 25 musiqiçi iştirak edir. Ölkə rəhbərliyindən bildiriblər ki, Dubay hökumətinin və BƏƏ Nəqliyyat Departamentinin hamiliyi ilə keçirilən bu festival mədəni müxtəliflik, eklektiklik və dözümlülük ruhunu qabartmağa xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.