ORDU
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
Bakı, 15 dekabr, AZƏRTAC
Müdafiə Nazirliyi və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər Həmrəylik Gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə tərəqqinin təmin olunmasından söz açıblar.
Bakı Şəhər Nizami Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə əsgərlər qarşısında musiqili-konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən hərbi hissəyə yüz kitab hədiyyə edilib. Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivi və Gəncə Dövlət Filarmoniyasının solistləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Sonda tədbir iştirakçıları əsgərlərin məişət şəraiti ilə tanış olublar.