DÜNYA


Dünya Bankı: “Ərəb baharı” Yaxın Şərq ölkələrinə 900 milyard dollar ziyan vurub

Bakı, 12 mart, AZƏRTAC

Dünya Bankı prezidentinin birinci müavini Mahmud Muhiddin Küveytdə iştirak etdiyi toplantıda bildirib ki, “ərəb baharı” və ondan sonra 2010-2018-ci illərdə davam edən silahlı münaqişələr Yaxın Şərq ölkələrinə 900 milyard dollar ziyan vurub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, M.Muhiddin bu ziddiyyətli proseslərin həmin ölkələri iqtisadi cəhətdən iflas həddinə gətirib çıxardığını qeyd edib. Onun sözlərinə görə, hazırda ərəb ölkələri adambaşına düşən milli gəlirin həcminə görə dünyada sonuncu yerləri tuturlar. Bu dövlətlərdə ümumi daxili məhsulun 60 faizi əhalinin cəmi 10 faizinin payına düşür, Avropa ölkələrində isə ÜDM-dən faydalanan insanlar cəmiyyətin 45 faizini təşkil edir.

Dünya Bankı prezidentinin birinci müavini vurğulayıb ki, silahlı münaqişələrə son qoyulmayacağı təqdirdə Yaxın Şərq ölkələrinin bir neçəsi çox ciddi humanitar fəlakət, o cümlədən aclıqla üzləşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.