İDMAN
Dünya çempionatının ən yaxşı oyunçusu “Real Madrid”də qalmağı qərara alıb
Bakı, 22 fevral, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubu futbolçusu Luka Modriçlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
AZƏRTAC “Championat.ru” saytına istinadla xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2021-ci ilədək nəzərdə tutulub.
Modriç peşəkar futbol karyerasını “Real Madrid” klubunda bitirmək istəyir.
Yarımmüdafiəçi 2018-ci ilin qışında futbolda ən nüfuzlu fərdi mükafat olan “Qızıl top”a layiq görülüb.
Qeyd edək ki, Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. Komandanın heyətində 290 oyun keçirən ulduz futbolçu 4 dəfə Çempionlar Liqasının qalibi olub. Xorvatiyalı həm də 2018-ci il dünya çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb. Onun hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatır.
Futbolçunu İtaliyanın “İnter” klubu heyətinə qatmaq istəyirdi. Lakin Madrid rəhbərliyi onu satmaqdan imtina edib. Həmçinin qeyd olunur ki, klublar maliyyə barəsində razılığa gələ bilməyiblər.