İDMAN


Dünya çempionatının püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib

Dünya çempionatının püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib

Bakı, 31 mart, AZƏRTAC

2022-ci il dünya çempionatının aprelin 1-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ev sahibi Qətərlə yanaşı, daha yeddi yığma birinci səbətdə yer alıb.

Birinci səbətdə Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya, ikinci səbətdə Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya, üçüncü səbətdə Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis, dördüncü səbətdə isə Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı və Qana yığmaları yer alıblar. Digər üç millinin adı pley-off qaliblərin arasında müəyyənləşəcək.

Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlum olub. Pley-off mərhələsində daha üç komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Xatırladaq ki, Qətərdəki dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.