İDMAN


Dünya tacı uğrunda növbəti matç Avropada keçirilməyəcək

Bakı, 3 noyabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının rəhbəri Arkadi Dvorkoviç bildirib ki, başçılıq etdiyi qurum dünya çempionatı adı uğrunda matçların keçirilməsi zamanı rotasiya prinsipini rəhbər tutmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, o deyib: “Düşünürəm ki, Asiya ölkələri – Çin, Yaponiya, Honkonq və Sinqapur ən iri turnirlərin, o cümlədən dünya çempionatlarının təşkili üçün öz namizədliklərini irəli sürəcəklər. Biz dünya çempionatlarının keçirilməsi zamanı kontinentlərin rotasiyasına əməl olunmasını istəyirik. Odur ki, növbəti turnir həqiqətən də Avropa ölkəsində keçirilməyəcək. Bu, açıq yarış xarakteri daşıyan proses olacaq: biz çempionatın meyarlarını, keçirilməsi formatını müəyyən edəcəyik və ən yaxşı şərtləri təklif edən ölkəni seçəcəyik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.