SİYASƏT


Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər

Bakı, 18 fevral, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan Diaspor TV vasitəsilə müxtəlif ölkələrdən “Xocalıya ədalət!” səsləndirilib. Belə ki, Diaspor TV-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsindən xaricilər “Xocalıya ədalət!” istəyiblər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət!” deyiblər.

Videomüsahibədə müxtəlif yaş kateqoriyasından insanlar iştirak ediblər. Onlar “Xocalıda soyqırımı olduğuna inanıram və Xocalıya ədalət istəyirəm” deyiblər.

Müsahibələrin alınmasında xaricdə yaşayan azərbaycanlılar xüsusi fəallıq nümayiş etdiriblər. Videomüsahibələrlə Dövlət Komitəsinin rəsmi “Youtube” kanalında tanış olmaq mümkündür. Eyni zamanda, müsahibələr Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramında da nümayiş etdiriləcək. Proqram fevralın 25-dən 26-na keçən gecə saat 00.10-da yayımlanacaq.

https://www.youtube.com/watch

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.