Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır

Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır

Bakı, 16 iyul, AZƏRTAC

Bu günlərdə Azərbaycan cəmiyyəti respublikanın ikinci ən böyük şəhəri olan Gəncədə baş vermiş faciəli hadisələri fəal müzakirə edir. Baş vermiş hadisələr barədə düşündükcə bir daha yəqin edirsən: tarix təkrarlanma xüsusiyyətinə malikdir. Axı, Azərbaycanın ən yeni tarixində belə hallar olub ki, respublikanın həyatında sıçrayış xarakterli mühüm hadisələrdən sonra ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr iğtişaşlar törətməyə və sabitliyi pozmağa cəhd göstəriblər. 1994-cü ilin payızını xatırlayaq. Həmin il sentyabrın 20-də Azərbaycanın sürətli iqtisadi inkişafının və indiki qüdrətinin təməlini qoymuş “Əsrin müqaviləsi” imzalandı. Bundan bir həftə sonra terror aktı nəticəsində respublikanın iki məşhur siyasi və dövlət xadimi – Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Daha bir neçə gündən sonra, oktyabrın 3-4-də Azərbaycanda silahlı dövlət çevrilişi törətməyə cəhd göstərildi.

İstər-istəməz paralellər aparmalı oluruq. Bu il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, dəyəri 40 milyard dollardan çox olan bu möhtəşəm layihə Avrasiyanın enerji xəritəsinin formatını dəyişəcək. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu boru kəməri – TANAP işə salındı. Bu kəmər vasitəsilə Azərbaycan qazı Avropaya nəql ediləcək. Nəhayət, iyunun 26-da Bakıdakı Azadlıq meydanında hazırda dünyanın ən güclü 50 ordusu sırasına daxil olan, döyüş qabiliyyətli və ən müasir silahlarla təchiz edilmiş ordu yaratmağa nail olmuş Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən möhtəşəm parad keçirildi. Azərbaycanın inamlı, ardıcıl irəliləyişini, onun dünyada artan nüfuzunu gözləri götürməyən qüvvələr bu dəfə də ölkədə sabitliyi, əhalinin sakit həyatını pozmağa və qarşıdurma yaratmağa cəhd göstərdilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edildi, bundan bir həftə sonra isə din pərdəsi altında bir qrup radikal şəhərdə iğtişaş törətməyə cəhd göstərdi. Təəssüf ki, qan töküldü – hüquqazidd hərəkətlərin qarşısının alınması prosesində iki polis zabiti şəhid oldu.

Fikir verin – hər iki halda Azərbaycana düşmən qüvvələrin dəst-xətti və texnologiyaları eynidir. Lakin onlar yanıldılar, çünki 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sabit, demokratik və hüquqi dövlət qurulması yolunda ilk addımlarını atan Azərbaycan ölkəni qorumağa, onu xaosdan və sarsıntılardan müdafiə etməyə nail olmuşdu, indi isə respublikamızın qüvvələri və imkanları qat-qat artıb, səmərəli fəaliyyət göstərən hakimiyyət orqanları, sabitliyi və hüquqi qaydanı təmin etməyə qabil olan hüquq-mühafizə orqanlarının formalaşdığı bir şəraitdə bədxahlarımız heç nəyə ümid edə bilməzlər. Lakin burada başlıca amil, əlbəttə, iqtidar ilə xalqın birliyidir. Prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasdakı çıxışında bunu xüsusi vurğulayıb. Həqiqətən bu birlik sarsıntılar dövründə ölkəni qorumağa qabil olan böyük qüvvədir. Bu birlik 1994-cü ilin oktyabrında da özünü göstərdi: o vaxt ulu öndər Heydər Əliyevin bir çağırışı ilə on minlərlə insan qanuni hakimiyyəti müdafiə etmək üçün Prezident Administrasiyasının binası qarşısında toplaşdı. Bu birlik sonralar da - ölkə üçün çətin olan bütün məqamlarda, o cümlədən bu günlərdə baş vermiş Gəncə hadisələri zamanı yenidən parlaq şəkildə təzahür etdi: Azərbaycan xalqı göstərdi ki, o, öz dövlətinin, öz Prezidentinin yanındadır və xaricdə qurulan, ölkəmizi Yaxın Şərqin bir sıra ölkələrində baş verən və bu gün də davam edən qanlı hadisələr və terror arenasına çevirmək niyyəti güdən məkrli ssenarilərin burada həyata keçirilməsinə imkan verməyəcək.

Baş verən hadisələrin ən iyrənc cəhəti ondan ibarətdir ki, bu çirkin planların təşkilatçıları və icraçıları dini şüarlarla pərdələnir və çox həssas bir materiya – insanların dini hissləri ilə oynamağa çalışırlar. Lakin bütün bunların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Əvvələn, terrorçunun nə inamı, nə imanı, nə vətəndaşlığı, nə vətəni var, onun nəzərində heç bir müqəddəs dəyər yoxdur. Allahın adından istifadə edərək insanları Ulu Tanrının bəxş etdiyi həyatdan məhrum etmək olmaz. Bu, heç bir vasitə ilə bəraət qazandırıla bilməyən ən böyük günahdır. Yeri gəlmişkən, digər səmavi dinlərdə olduğu kimi, İslamda da hər bir insanın həyatı dəyərlidir.

Azərbaycanlılar müsəlman Şərqində ilk demokratik, parlament respublikasını yaradan xalqdır. Xalqımızın dövlətçilik tarixi Midiya və Atropatenadan başlanır! Biz XI qırmızı ordunun 1920-ci ildə son qoyduğu müstəqilliyimizin bərpasına yüzdən çox şəhidin həyatı bahasına nail olmuşuq. Dünyəvi dövlət və demokratiya ölkə əhalisinin böyük əksəriyyətinin şüurlu seçimidir. Bəs, bir ovuc bədbəxt radikal nə istəyir – öz məkrli “dəyərlərini” milyonlarla azərbaycanlıya sırımaqmı?

Bir fakt şübhəsizdir: Azərbaycanın inkişafını, onun sabitliyini istəməyən qüvvələr bu addımı bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı atıblar. İyulun 13-də respublikanın hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda dövlətimizin başçısı İlham Əliyev məhz bu məqamı vurğulayıb: “Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.

Gəncədə atəş açılandan sonrakı ilk günlərdə özlərinin nadanlığı ucbatından cinayətkarı sosial şəbəkələrdə “qəhrəmana çevirmək” üçün cəhd göstərənlər bunu anlamalıdırlar. Xoşbəxtlikdən belələri azdır və onlar xəcalət çəkməlidirlər. Onlar başa düşməlidirlər ki, Azərbaycanda ekstremizm keçməyəcək, ilk növbədə, ona görə ki, xalq özü onu qəbul etmir. Ekstremizm xalqımıza yabançıdır. Prezident çıxışında bunu da qeyd edib: “Bu cinayətkarlar müsəlman deyillər. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi”.

Daha bir məqamı qeyd etmək istərdim. Gəncədə iğtişaş törətməyə cəhd göstərmiş ekstremistlərin və satqınların hərəkətləri elə həmin günlərdə ölkəmizin həyatında baş vermiş çox mühüm hadisənin üzərinə kölgə sala bilmədi. NATO-nun Brüsseldə keçirilmiş Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənəd paraflandı. Bu, böyük uğurdur, çünki həmin sənəddə aşkar şəkildə qeyd edilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Həmçinin ölkəmizin təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılması Avropa İttifaqının əsas prioritetlərindən biri adlandırılıb (yeri gəlmişkən, eyni vaxtda ABŞ Dövlət Departamenti də bunu bəyan edib), respublikamızın mədəniyyətlərarası dialoqa böyük töhfəsi qeyd olunub, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə edilib. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri sosial şəbəkələrdəki səhifələrində vurğulayıblar ki, “Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına yeni impuls verib. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin çox böyük diplomatik uğurudur. Təzadlar göz qabağındadır: bir tərəfdə Avropa ölkələri ailəsində Azərbaycanın işıqlı gələcəyinə yönəlmiş addımlar, dövlətin və xalqın mənafelərini hər şeydən üstün tutan, insanların dinc, sakit, firavan həyatının təmin edilməsinə, ümumbəşəri dəyərlərin təntənəsinə yönəlmiş siyasət, digər tərəfdə isə ölkəni orta əsr bataqlığına, nadanlığa sürüməyə, onu hər hansı perspektivlərdən məhrum etməyə, vətəndaş qarşıdurması yaratmağa çalışan bir ovuc radikalın hüquqazidd hərəkətləri. Sosial şəbəkələrdə öz maddi maraqları naminə şeytanın özünə belə qulluq etməyə hazır olan, insan adlandırılmağa layiq olmayan varlıqları “qəhrəmanlar” kimi qələmə vermək yox, bu təzadlar barədə yazmaq lazımdır.

Gəncə hadisələrinin hüquq-mühafizə orqanları tərəfindən isti izlərlə aparılmış təhqiqatlar radikal ekstremistlər şəbəkəsini aşkar etməyə imkan verib. Müəyyənləşdirilib ki, ekstremistlər Gəncə hadisələrini ölkənin başqa şəhərlərində, o cümlədən Sumqayıtda da təkrar etməyi planlaşdırırmış. Artıq onlarca ekstremist həbs edilib və şübhə yoxdur ki, onlar hamısı layiqli cəzalarını alacaqlar. Heç kəs məsuliyyətdən yaxa qurtara bilməyəcək. Prezident İlham Əliyev bunu qətiyyətlə bəyan edib.

Bu yaramazlar və onların xaricdəki sifarişçiləri üçün ən böyük cəza isə Azərbaycan dövlətinin sarsılmazlığı, xalq ilə iqtidarın möhkəm birliyidir!

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri,
Dünya Xəbər Agentlikləri Konqresinin,
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının (OANA) prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur