MƏDƏNİYYƏT


“Düşüncələr” xalçasının toxunma prosesindən danışılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyinin “Ənənələri yaşadanlar” rubrikasının növbəti mövzusu “Düşüncələr” xalçasının toxunma prosesinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, yanvarın 19-na nəzərdə tutulan onlayn görüşdə xalçaçı-texnoloqlar İlhamə Əhmədova və Əminə Əliyeva xalçanın ərsəyə gəlməsi prosesi haqqında ətraflı məlumat veriblər.

Xalça dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi Eldar İbadullayevin eskizi əsasında toxunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.