İQTİSADİYYAT
ELEKTRİK ÖTÜRÜCÜ YARIMSTANSİYA TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Salyanda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə gücü 220 MVA olacaq elektrik ötürücü yarımstansiyası tikilir. “Azərenerji-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa müddətdə bu obyekt üçün ayrılan 7 hektar sahəni hasara alaraq xidməti binaları inşa etmişdir.
Tezliklə əsas avadanlıq gətiriləcək və quraşdırma işlərinə başlanacaqdır. Gələn il istifadəyə veriləcək regional əhəmiyyətli yarımstansiya bölgənin elektrik enerjisi ilə sabit təminatına imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]