ELM VƏ TƏHSİL
ELMİ-PRAKTİK KONFRANS
Dekabrın 12-də Bakı Dövlət Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq və filosof Hüseyn Cavidin 120 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
BDU-nun rektoru, MEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov konfransı açaraq “Hüseyn Cavidin 120 illik yubileyi haqqında” Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamını ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına dövlət qayğısının təzahürü kimi dəyərləndirdi.
Sonra ədəbiyyatşünas və filosof alimlərin məruzələri dinlənildi. Natiqlər böyük sənətkarın ölməz ədəbi irsindən, fəlsəfi ideyalarından və şəxsiyyətindən ətraflı söhbət açdılar.
Tələbələrin ifasında şairin şerləri səsləndi.