ERMƏNİSTAN ALMANİYA ÜÇÜN ARZUOLUNMAZ ÖLKƏDİR?
Avqustun 2-də Ermənistan qəzetlərində məhz belə başlıqlı məqalələr dərc olunmuşdur. Ermənistan KİV-ləri xəbər verirlər ki, “əzabkeş xalqın” hüquqşünasları Ermənistan, Gürcüstan və Azərbaycandan Almaniyaya getmək istəyənlərdən viza alanların sayını dəqiqləşdirmək üçün qeyri-adi araşdırmalar aparmışlar. Tədqiqatların nəticələri erməniləri məyus etmişdir.
Almaniya XİN-in məlumatına görə, 2000-ci ildən bəri Ermənistandan bu ölkəyə getmək üçün 2 min 699 ərizə daxil olmuş, onların 647-si rədd edilmiş, 1860 nəfərin ərizəsi isə geri qaytarılmışdır. Yəni, yalnız 192 nəfərin bu ölkəyə getməsinə icazə verilmişdir. Ermənistandan fərqli olaraq, Almaniyanın Gürcüstandakı səfirliyində 15 min 391 nəfər viza almış, cəmi 355 nəfərin ərizəsi rədd edilmişdir. Almaniyanın Bakıdakı səfirliyi 240 ərizəçinin xahişini rədd etmiş, 4 min 199 nəfərə isə viza vermişdir.
Bununla əlaqədar, ermənilər öz xislətlərinə sadiq olaraq, Almaniya XİN-ni məhkəməyə verib tələb edirlər ki, qoy, “bu ayrı-seçkiliyin səbəbini izah etsinlər, ya da səhvlərini düzəltsinlər”.