İDMAN
“EYOF 2019”: İspaniyanın oğlan basketbolçuları yunanıstanlı rəqiblərini çətinliklə məğlub ediblər
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının ikinci gününün növbəti oyunlarında həm oğlanların, həm də qızların mübarizəsində B qrupunda yer alan komandalar üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, oğlanların qrupunda İspaniya basketbolçuları yunanıstanlı rəqiblərini 63:62 hesabı ilə məğlubiyyətə uğradıblar.
Qızların yarışında isə Macarıstan Çexiya yığması Macarıstan seçməsinə qalib gəlib - 75:63.
Xatırladaq ki, günün açılış matçlarında B qrupunda yer alan Türkiyənin oğlan basketbolçuları litvalı rəqiblərinə 69:63 hesabı ilə qalib gəliblər.
Qızların yarışında da B qrupundakı komandalar Polşa və Türkiyə yığmaları qarşılaşıblar. Görüş polşalıların qələbəsi ilə başa çatıb - 69:54.
Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.