İDMAN
“EYOF Bakı 2019”: Tennis yarışlarında 1/64 finalın üçüncü dövrəsinin görüşləri başa çatıb
Bakı, 21 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 21-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında 1/64 final mərhələsində üçüncü dövrənin görüşləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, altı kortda paralel keçən qarşılaşmalarda slovakiyalı İrina Balus litvalı Patrisiya Paukstiteni 2:0 (6:4, 6:2) hesabı ilə məğlub edib. Sloveniya təmsilçisi May Premzl litvalı Edas Butvilası 2:0 (7:5, 6:3), ispaniyalı Daniel Merida isə yunan Mitsakos Teodorosu eyni hesabla (7:5, 6:1) məğlubiyyətə uğradıblar. Digər görüşlərdə Mika Brunold (İsveçrə) kosovolu Fresk Silhasini üzərində qələbə qazanıb - 2:0 (6:1, 6:1). Bosniya və Herseqovina təmsilçisi Andrey Nediç albaniyalı Skerdi Hasana 2:0 (6:3, 6:1), estoniyalı Erko Niqula belaruslu Artur Yurkeviçə 2:1 (3:6, 6:3, (10:6) hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıblar.