ELM VƏ TƏHSİL


E-kommersiya sistemləri sferasında proqram təminatı platformalarının xüsusiyyətləri araşdırılıb

Bakı, 3 avqust, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda elektron kommersiya sistemləri sferasında proqram təminatı platformalarının xüsusiyyətləri araşdırılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məhsul və xidmətlərin internet şəbəkəsi vasitəsilə onlayn formada alışı və satışı prosesini nəzərdə tutan elektron kommersiya müasir dövrün qlobal trendlərindən biridir. E-kommersiya fəaliyyətinin reallaşdırılmasında ticari əməliyyatlar üzrə texnoloji proseslərin avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə imkan verən texniki vasitələrdən, proqram məhsullarını və metodları özündə cəmləşdirən elektron kommersiya sistemlərindən istifadə olunur. Subyekt və obyektlərinə görə e-kommersiya sistemlərinin təsnifatı aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.