DÜNYA


Efiopiya Çinin dəstəyi ilə ilk peykini 2019-cu ildə orbitə buraxacaq

Əddis-Əbəbə, 29 noyabr, AZƏRTAC

Efiopiya 2019-cu ilin sentyabrında Çinin maliyyə və texniki dəstəyi ilə ilk müşahidə peykini orbitə buraxacaq.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, peykin layihələndirilməsi və orbitə buraxılması 8 milyon dollar dəyərindədir. Bu məbləğin 6 milyon dollarını Çin tərəfi ayıracaq. Çindən orbitə buraxılacaq peykin idarə mərkəzi Efiopiyada yerləşəcək.

Qeyd edək ki, Efiopiya hökuməti kosmik sahənin inkişafı məqsədilə 2016-cı ildə Əddis-Əbəbə Universitetinin nəzdində Kosmik Elm və Texnika İnstitutu yaradıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.