DÜNYA


El-Pasoda güllələmə qurbanlarının sayı 22-yə çatıb VİDEO

El-Pasoda güllələmə qurbanlarının sayı 22-yə çatıb  VİDEO

Vaşinqton, 6 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, avqustun 3-də Allen şəhərinin sakini Patrik Kruzius Texas ştatının El-Paso şəhərində “Walmart” mağazasının müştərilərinə atəş açıb. Nəticədə hadisə yerində 20 nəfər həlak olub. Polisin məlumatına görə 26 nəfər müxtəlif dərəcəli xəsarətlərlə yerli xəstəxanalara çatdırılıb.

AZƏRTAC xəbər verir ki, yaralananlardan ikisi avqustun 5-də xəstəxanada vəfat edib. Beləliklə, güllələmə qurbanlarının sayı 22-yə çatıb.

“Del Sol” tibb mərkəzinin baş həkimi Stiven Flaerti bildirib ki, onun xəstəxanasında tibbi yardım almış pasiyentlərin odlu silah yaraları dağıdıcı olub. Avqustun 5-də ölən pasiyentlərdən birinin daxili orqanları ciddi xəsarət alıb. Ona xeyli qan köçürülməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin sözlərinə görə, daha bir pasiyent böhranlı vəziyyətdədir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.