REGİONLAR


Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bu günədək 37 min 500-dən çox fermer qeydiyyatdan keçib

Bakı, 18 aprel, AZƏRTAC

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 37 min 500 nəfəri ötüb. EKTİS-də ən çox Salyan, Biləsuvar və Şəki rayonlarından olan fermerlər qeydiyyatdan keçib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda fermerlərin EKTİS-də qeydiyyat prosesi davam edir. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Bərdə və Tərtər rayonlarında EKTİS sisteminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparır.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fəal iştirak edirlər. Könüllülərə EKTİS sisteminə məlumatların daxil edilmə ardıcıllığı ilə bağlı xüsusi təlimlər keçirilir. Yeni sistemdə qeydiyyatdan keçməmiş fermerlər məsləhət xidməti almaq üçün yaşadıqları rayonda Dövlət Aqrar İnkişaf mərkəzlərinə və ərazi üzrə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.