CƏMİYYƏT
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına “Elektron prokurorluq” da əlavə edilib
Bakı, 10 avqust, AZƏRTAC
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına əlavə edilib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli 1621 nömrəli Fərmanına əsasən Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına “Elektron prokurorluq” informasiya sistemi” əlavə edilib.