ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutunda konfrans: Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri
Bakı, 15 avqust, AZƏRTAC
Sentyabrın 29-da AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri” mövzusunda elmi konfrans keçiriləcək. Tədbir Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr ediləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 1-dək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Konfransa təqdim olunan tezis 1-2, məqalə 8-10 səhifə olmalıdır. Tezis və məqalələrdə müəllifin soyadı, adı, atasının adı qalın şriftlə, tezis və məqalənin adı böyük hərflərlə və qalın şriftlə, təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi göstərilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]