Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Elman Cəfərli: Milli Qurtuluş Günü Heydər Əliyevin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısıdır

Elman Cəfərli: Milli Qurtuluş Günü Heydər Əliyevin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısıdır

Naxçıvan, 12 iyun, Rauf Kəngərli, AZƏRTAC

Xalqımız ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixlərdən birini, 15 İyun - Milli Qurtuluş Gününü növbəti dəfə məhz onun azadlıq ideallarının işığında, müstəqil dövlətin vətəndaşlıq qüruru və fərəhi ilə qeyd edir.

Bu fikri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli deyib.

O qeyd edib ki, Ulu Öndərin hər iki rəhbərlik dövrü məhz ölkəmizin qurtuluşu missiyası ilə başlanıb, sonrakı mərhələdə isə onun sürətli sosial-iqtisadi inkişafına və mədəni intibahına həsr olunub. Bu mənada Azərbaycanın 1969-2003-cü illəri əhatə edən bir qərinəlik dövlətçilik tarixi Heydər Əliyev şəxsiyyəti ilə, onun milli qurtuluş fəlsəfəsi, quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Onun siyasətçi ömrünün unikal xüsusiyyəti bundan ibarətdir ki, dünya tarixində ən ziddiyyətli yüzillik olan XX əsrdə hələ ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində ikən, onu durğunluqdan və böhrandan qurtararaq, müstəqil Azərbaycan dövlətinin yaranması üçün mühüm amil kəsb edən sosial-iqtisadi potensialı formalaşdırdı. 1970-1985-ci illər respublikamızda baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın milli mənlik şüurunun, maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub.

Elman Cəfərli deyib: 1993-cü ildə Azərbaycanı yenidən böhrandan və vətəndaş müharibəsindən xilas edən Ümummilli Lider müstəqil Azərbaycan Respublikasının qurucusu zirvəsinə yüksəldi. Onun siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, demokratik, hüquqi norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin öncül istiqamətləri müəyyənləşdirildi, uğurlu xarici siyasət konsepsiyası işlənib hazırlandı, dayanıqlı daxili sabitlik bərqərar oldu, müstəqillik, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi milli və ümumbəşəri dəyərlərin sintezindən ibarət Azərbaycançılıq ideologiyasının əsası qoyuldu.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsinin bu sadalanan cəhətləri ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında mühüm əsasları təşkil edib. Tamamilə qanunauyğundur ki, artıq Milli Qurtuluşun yaratdığı möhkəm zəmin üzərində son 16 ildə də Azərbaycan Prezident İlham Əliyev müstəqil milli dövlətçilik siyasətini uğurla davam etdirir, onu zamanın inkişafına uyğun yaradıcı təkamül nümunələri ilə zənginləşdirir. Bu illər ərzində ölkəmizdə ümumi daxili məhsulun 3,2 dəfədən çox artması, strateji valyuta ehtiyatlarının təkcə bu ilin ötən ayları ərzində 2,6 milyard dollar artaraq 47,5 milyard dollara çatması, ölkəmizdə sahibkarlıq subyektlərinin 4 dəfədən çox artması, on minlərlə kilometr qaz, içməli su xəttinin, avtomobil yollarının çəkilməsi, 30 elektrik stansiyasının tikilməsi, 2 milyondan artıq yeni iş yerinin yaradılması və sair bu kimi sosial-iqtisadi tədbirlər Azərbaycanın dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasında 35-ci yerdə olmasını şərtləndirib. Ölkəmiz elmə, mədəniyyətə, təhsilə və idmana böyük diqqət yetirən dövlət kimi şöhrət qazanıb, Azərbaycan idman, turizm və multikultural dəyərlər ölkəsi kimi özünü dünya miqyasında təsdiqləyib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi regional və beynəlxalq neft-qaz layihələri, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin dünya enerji təhlükəsizliyində və beynəlxalq nəqliyyat sistemində nüfuzlu aktor kimi əhəmiyyətini şərtləndirib. Həmçinin Azərbaycan kosmik dövlətə çevrilib.

Ötən illər ərzində ölkəmizin müdafiə qüdrətinin xeyli gücləndiyini qeyd edən Elman Cəfərli bildirib ki, müdafiə sahəsi üzrə ayrılan vəsait 4 dəfədən çox artıb, ordumuz ən müasir hərbi texnika və silahlarla təchiz edilib, hərbi infrastrukturun 80 faizindən çoxu yenidən qurulub. 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatının qarşısı böyük mərdliklə alınıb, 2 min hektar və Cəbrayıl rayonunun Cocuq Mərcanlı, 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və 11 min hektar ərazimiz işğaldan azad edilib, ordumuzda və xalqımızda yüksək döyüş ruhu yaranıb. Azərbaycan 2005-ci ildən müdafiə sənayesi olan dövlətə çevrilib. Hazırda ölkəmiz 1000-dən çox adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir.

“Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi, 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatında fəal iştirakı, 2019-cu ilin oktyabrında XVIII Zirvə Görüşünün Bakıda keçirilməsinin planlaşdırılması və növbəti üç ildə Azərbaycanın bu nəhəng beynəlxalq təşkilata rəhbərlik etməsi perspektivi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu, yerini və rolunu təmin edir”, - deyən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri vurğulayıb ki, bütün bu sadalananlar ölkəmizin Milli Qurtuluş Günündən ötən 26 il ərzindəki uğurlarının yalnız bir hissəsidir. Lakin təkcə bunlar kifayət edir ki, Milli Qurtuluş Günündən başlayan zəfər tarixinin möhtəşəmliyi göz önündə canlansın, məhz həmin tarixi günün ölkəmizin müstəqilliyinin əbədiliyinin təmin edilməsində dönüş nöqtəsi olduğuna şübhə qalmasın. Bu baxımdan qətiyyətlə demək olar ki, Ümummilli Liderimizin adı və siyasi fəaliyyəti ilə bağlı olan Milli Qurtuluş Günü Heydər Əliyevin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kakaonun qiymətinin kəskin azalmanın səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər