Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elmar Məmmədyarov: Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Elmar Məmmədyarov: Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Bakı, 24 mart, AZƏRTAC 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində ölkəmizdə koronavirusla mübarizə kontekstində Xarici İşlər Nazirliyinin, səfirlik və konsulluqların fəaliyyəti və bu məsələdə beynəlxalq əməkdaşlıqla bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

- Elmar müəllim, hazırda dünyada koronavirus infeksiyasının geniş yayıldığı bir vaxtda bir çox ölkələr kimi Azərbaycan hökuməti tərəfindən də önləyici addımlar atılır, ölkə daxilində bir sıra məhdudlaşdırıcı tədbirlər görülməkdədir. Xarici İşlər Nazirliyi mövcud vəziyyətdə belə öz fəaliyyətini davam etdirən strateji əhəmiyyətli dövlət qurumlarından biridir. Ümumiyyətlə, koronavirusla mübarizə kontekstində XİN-in fəaliyyətini necə qiymətləndirərdiniz?

- Koronavirus pandemiyası bu gün qlobal müstəvidə mübarizə aparılan bir təhdiddir və bu çərçivədə hər bir ölkə kimi Azərbaycan da öz vətəndaşlarının sağlamlığı, cəmiyyətimizin və dövlətimizin təhlükəsizliyi üçün bütün lazımi önləyici və təsirli tədbirləri həyata keçirir. Bu proses birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarəti altındadır. Bu günədək dövlətimiz hər zaman vətəndaşlarımızın yanında olmuş, onların üzərindən diqqəti əskik etməmişdir. Koronavirus infeksiyasının yayılması ilə mübarizə dövründə də dövlətimiz bütün səylərini səfərbər edərək, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda olan vətəndaşlarımızın sağlamlığını təmin etmək üçün ciddi tədbirlər görməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər. Burada bizim qarşımızda duran əsas məsələ dövlətlər tərəfindən karantin rejimi və ya fövqəladə vəziyyət elan olunduğu, quru və hava nəqliyyatının məhdudlaşdırıldığı və bir çox hallarda dayandırıldığı bir vaxtda xüsusilə xarici ölkələrdə müvəqqəti olan (işləyən, təhsil alan və ya digər səbəblərdən səfərdə olan) vətəndaşlarımız haqqında operativ və dolğun məlumatın əldə edilməsi, onların müraciətlərinin cavablandırılması, düzgün məsləhətlərin verilməsi və əlaqələndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Məlum olduğu kimi, koronavirusla mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və həyata keçirilən tədbirlərlə bağlı bu qərargah əhalini mütəmadi şəkildə məlumatlandırır. Öz növbəsində, XİN-in nəzdində də operativ qərargah mövcuddur, burada XİN-in 24 saat açıq olan “qaynar xətt”inə, eləcə də elektron poçtla gələn müraciətlərə cavab verilir. Paralel olaraq, bütün diplomatik nümayəndəliklərimizin “qaynar xətt”ləri fəaliyyət göstərir. Xarici ölkələrdəki vətəndaşlarımızdan hazırkı vəziyyətdə hər hansı müraciətləri ilə bağlı, ilk növbədə, bu “qaynar xətt”lərə üz tutmalarını tövsiyə edirik.

- Cənab nazir, XİN-in və səfirliklərimizin, konsulluqlarımızın “qaynar xətt”lərini qeyd etdiniz, bu xətlərə gələn müraciətlərin statistikası aparılırmı? Müraciətlər əsasən hansı mövzuda olur?

- Gün ərzində “qaynar xətt”lərə yüzlərlə zəng daxil olur, elektron poçtumuza çoxsaylı məktublar göndərilir və onların hər biri cavablandırılır. İlk növbədə, müraciət haqqında qeyd götürülür, zəng edən/məktub ünvanlayan şəxsin əlaqə nömrələri götürülür, daha sonra müraciətlə bağlı aidiyyəti diplomatik nümayəndəliyimizlə əlaqələndirmə həyata keçirilir və müraciətlər cavablandırılır, eyni zamanda, məlumat Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürülür. Bu proses 24 saat davam edir. Gələn müraciətlərin əksəriyyəti xarici ölkələrdə müvəqqəti olan, təhsil alan və ya müxtəlif səbəblərdən səfərdə olan vətəndaşlarımız və onların yaxınları tərəfindən mövcud durumda necə davranmalı olduqları, geriyə dönüş mexanizmləri ilə bağlı məsləhətlərin alınması məqsədilə edilir. Məlumdur ki, dövlətimiz indiyədək 10.000-ə yaxın vətəndaşımızın xarici ölkədən Azərbaycana qayıtması üçün xüsusi çarter reysləri təşkil edib və qayıdan vətəndaşlarımız müvafiq yoxlamadan keçərək karantin rejiminə alınıblar. O da bəllidir ki, indiki vəziyyətdə vətəndaşlarımızın ölkəyə qayıtmasını təmin etmək üçün, ilk növbədə, karantin yerlərinin, xüsusi rejimli xəstəxanaların hazırlığı, onların müvafiq logistika ilə təmin edilməsi çox önəmlidir. Axı, karantin yerlərinin də məhdud olduğunu anlamalıyıq. Bu baxımdan, vətəndaşlarımızın bu məsələdə dövlətə dəstək olması, anlayış göstərməsi çox vacibdir.

Əlbəttə, mən özüm bir valideyn kimi övladını yaranmış vəziyyətdə yanına gətirmək istəyən vətəndaşlarımızı başa düşürəm. Lakin mövcud vəziyyətdə məsələ elə övladlarımızın sağlamlığından, xalqımızın təhlükəsizliyindən gedir və belə olduğu təqdirdə emosiyaları bir tərəfə qoymalı, düşüncə və anlayış nümayiş etdirməliyik. Baxın, bir tərəfdən Ümumdünya Səhiyyə Təşkilatı vurğulayır ki, səfərlərdən çəkinin, bu gün bütün dünyada özünütəcrid təşviq olunur, bunun üçün dövlətlər xüsusi karantin rejimi, fövqəladə vəziyyət elan edirlər. Səbəb yeni növ təhlükəli koronavirusun geniş yayılmasının qarşısını almaqdır, çünki səfərlər zamanı bu risk artır. Digər tərəfdən, qəbul edən ölkənin təhlükəsizliyi. Bizim vəziyyətdə Azərbaycanın təhlükəsizliyi. Odur ki, vətəndaşlarımızdan məsuliyyətli davranmalarını, səfərlərdən mümkün qədər çəkinmələrini, özünütəcrid qaydalarına riayət etmələrini israrla xahiş edirik.

- Elmar müəllim, pandemiya ilə mübarizənin effektivliyi üçün həm də beynəlxalq əməkdaşlıq və əlaqələndirmə vacibdir. Azərbaycan bu xüsusda hansı işləri görür? Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- Doğrudur, qlobal pandemiya ilə mübarizənin effektivliyi üçün beynəlxalq müstəvidə səylərin əlaqələndirilməsi, o cümlədən həm bu infeksiyanın yayılması ilə mübarizə, həm də onun doğurduğu fəsadların aradan qaldırılmasında digər ölkələrlə iş birliyi və təcrübə mübadiləsinin aparılması olduqca önəmlidir. Bildiyiniz kimi, ölkəmiz ÜST ilə sıx əməkdaşlıq edir, bu qurumun missiyası martın 9-13-də ölkəmizdə səfərdə olmuşdur və Azərbaycanın koronavirusla mübarizə tədbirlərini yüksək qymətləndirmişdir. Həmçinin ölkəmiz epidemiya ilə mübarizədə təcrübəsi olan ölkə qismində Çin tərəfi ilə məsləhətləşmələr aparır, mütəmadi olaraq ekspertlərin videokonfransları keçirilir. Eyni zamanda, Türkiyə tərəfi ilə bu xüsusda əməkdaşlığımız mövcuddur. Qeyd etmək istərdim ki, ölkəmizin vətəndaşlarının Çinin Uxan şəhərindən təxliyə edilməsi zamanı qardaş Türkiyənin göstərdiyi dəstək beynəlxalq əməkdaşlığın ən gözəl nümunəsidir.

Bu gün ölkəmiz koronavirusla mübarizə sahəsində milli səviyyədə ciddi tədbirlər həyata keçirməklə yanaşı, beynəlxalq müstəvidə mübarizəyə dəstək olur. İrana bu xüsusda Azərbaycan hökuməti tərəfindən humanitar əsaslarla 5 milyon ABŞ dolları yardım edildi. Həmçinin ÜST-ün “COVID-19 müraciəti” fonduna ölkəmiz tərəfindən 5 milyon ABŞ dolları məbləğində yardım edilib.

Əminəm ki, bütün dünyanı əhatə edən koronavirus təhdidi ilə mübarizədə səylərimizi birləşdirərək və müvafiq əlaqələndirmə və əməkdaşlığı gücləndirərək səmərəli nəticələr əldə edəcəyik. Əlbəttə, üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və bu çətinliklərin ömrünü qısaltmaq üçün dövlətlər səviyyəsində atılan addımlara vətəndaşlar səviyyəsində dəstəyin verilməsi zəruridir. Yekunda isə bu günlərdə XİN-in də fəal şəkildə təşviq etdiyi bir həştəqi vurğulamaq istərdim: “gəlin hamımız hazırda yaşadığımız evlərdə qalaq və ölkəmizi qoruyaq”. Bu günlərdə hər bir vətəndaşımızın nümayiş etdirdiyi məsuliyyətli davranış və özünütəcrid, koronavirus pandemiyasına qarşı mübarizədə ümumi səylərimizə ən faydalı töhfədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub