ELM VƏ TƏHSİL
Elmi Şuranın iclasında şöbələrin illik hesabatları dinlənilib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, İnstitutun baş direktoru professor Abbas Seyidov iştirakçıları salamladıqdan sonra onları iclasın gündəliyi ilə tanış edib.
Gündəlikdə duran birinci məsələ üzrə şöbələrin hesabatı dinlənilib. “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, Əsədulla Cəfərov, “Neolit və Eneolit (Xalkolit) dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi Vəfa Mahmudova, “Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri professor Hidayət Cəfərov, “Orta əsrlər dövrü arxeologiyası” şöbəsinin müdiri professor Arif Məmmədov, “Numizmatika və Epiqrafika” şöbəsinin dosent Akif Quliyev 2022-ci ildə görülən işlər haqqında ətraflı məlumat veriblər.
Sonra “Neolit və Eneolit (Xalkolit) dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi Vəfa Mahmudovanın “Şuşa İli” çərçivəsində "Şuşa şəhərinə ilk arxeoloji ekspedisiya" (üç dildə, prof. K.Şükürovun redaktorluğu ilə, 235 səh.) adlı monoqrafiyasının müzakirəsi keçirilib. Elmi Şura üzvlərinin yekdil qərarı ili monoqrafiya çapa təqdim olunub.
Sonda cari məsələlərə baxılıb.