ELM VƏ TƏHSİL
Elmi vebinar: Nizami elə böyük dühadır ki...
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 Kitabxanası, Azərbaycan Gənclik Platforması və “Xarıbülbül Akademiyası”nın birgə təşkilatçılığı, UNEC-in Zaqatala filialının İqtisadçı Vətənpərvərlər Təşkilatının dəstəyi ilə “Nizami İli” çərçivəsində elmi vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, "Nizami elə böyük dühadır ki..." adlı tədbirdə Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev Azərbaycanın görkəmli mütəfəkkiri Nizami Gəncəvinin dünya mədəniyyətinə verdiyi töhfələrdən danışıb.
UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədova Nizami yaradıcılığının təbliğində kitabxanaların rolundan danışıb, ədibin əsərlərinin aktual, bəşəri və ölməz olduğunu vurğulayıb.
Tədbirdə BDU-nun dosentləri Lalə Əliyeva “Mədəniyyət elçiləri - Nizami”, Sevinc Qocayeva “Nizaminin insan konsepsiyası”, Məhəmməd Məmmədov “Nizami və xalq yaradıcılığı” mövzularında çıxış ediblər.
UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının Zaqatala filialının sədri Əli Əhmədzadə Nizaminin gənclərə nəsihətinə həsr edilən mövzulara toxunub.