İQTİSADİYYAT
EnterpriseAzərbaycan portalı ilə "Enterprise Estoniya" yardım fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 2 oktyabr, Elvin Camalov, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “www.enterpriseazerbaijan.com” portalı ilə “Enterprise Estoniya” Sahibkarlığın İnkişafına Yardım Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu EnterpriseAzerbaijan portalının meneceri Aytən Məmmədova ilə Estoniya İnvestisiya Agentliyinin direktoru Allan Selirand imzalayıb.
Qeyd edək ki, EnterpriseAzerbaijan portalı Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platformadır.