REGİONLAR


Erməni idmançını məğlub edən tərtərli boksçu Avropa birinciliyində bürünc medal qazanıb

Tərtər, 25 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində Tərtər rayonundan olan idmançı Murad Allahverdiyev bürünc medala layiq görülüb.

Tərtər rayon Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi Faiq Məmmədov AZƏRTAC-a bildirib ki, yarışda Azərbaycanı təmsil edən idmançılardan ikisi - Murad Allahverdiyev və Elşən Cəbizadə Tərtər rayonundandır. 75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda erməni idmançını məğlub edən Murad yarımfinalda Bolqarıstandan olan boksçuya məğlub olaraq, üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, 32 ölkədən 260 boksçunun qatıldığı Avropa birinciliyi sentyabrın 28-də başa çatacaq. Yarışa ölkəmizdən baş məşqçi Vaqif Kazımov və məşqçi Oqtay İbrahimovun rəhbərliyi ilə 13 idmançı qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.