Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi nifrət cinayətinə dair beynəlxalq işçi qrupunun hesabatı təqdim edilib

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi nifrət cinayətinə dair beynəlxalq işçi qrupunun hesabatı təqdim edilib

Bakı, 21 avqust, AZƏRTAC

Bu il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi nifrət cinayətinə dair beynəlxalq işçi qrupunun hesabatına dair onlayn mətbuat konfransı keçirilib.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, avqustun 21-də təşkil olunan onlayn mətbuat konfransında BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış edib. Bildirib ki, universitetin Hüquq fakültəsinin, MG Consulting şirkətinin və “Şəffaflıq Azərbaycan” təşkilatının təşəbbüsü ilə yaradılmış beynəlxalq işçi qrupunun bu il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiyaya məruz qalması və qeyri-insani nifrət hissi ilə ülzəşməsinə dair elmi-analitik hesabat hazırlanıb. Bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas alim iştirak edib.

Hesabatda ermənilər tərəfindən zorakı Los-Anceles hücumunun Kaliforniya qanunlarına əsasən və beynəlxalq hüquqi müstəvidə nifrət cinayəti hesab edilib-edilməməsi barədə mülahizələr yer alır. Ermənilərin azərbaycanlılara qarşı analoji zorakılığı digər dövlətlərdə də baş verib. Praktik təhlil kimi məhz Los-Ancelesin (ABŞ) seçilməsi, fəaliyyəti bilavasitə demokratiya, hüququn aliliyi və insan hüquqlarının mühüm beynəlxalq standartlarla müdafiəsi siyasəti üzərində qurulan ABŞ-da insan hüquqları və əsas azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin uzun illərdir böyük tarixə və təcrübəyə malik olması, məhkəmələrin bu sahədə geniş və əhəmiyyətli praktikasının olması ilə əlaqədardır. Sonda Los-Anceles zorakılığının ABŞ-da ciddi araşdırılacağına və müvafiq praktikanın dünyada bir presedent hal kimi möhkəmlənəcəyinə işçi qrupunda çox böyük inam var.

Təqdirəlayiq haldır ki, ABŞ dövlət orqanlarının da məsələyə münasibəti çox gecikməyib. Belə ki, bu il iyulun 28-də Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın bu şəhərdəki Baş Konsulluğuna məktub ünvanlayaraq, iyulun 21-də etnik azərbaycanlılara qarşı törədilmiş zorakılığı kəskin şəkildə qınadığını bildirib. Bundan başqa, kadrlardan və videomüşahidələrdən göründüyü kimi, polisin çox ciddi çalışmasına baxmayaraq münaqişənin qarşısını almaq mümkün olmayıb. Bütövlükdə işçi qrupunun Los-Anceles polisinin etnik ermənilərin etnik azərbaycanlılara qarşı zorakılığını ciddi və qətiyyətlə alması istiqamətində var gücü ilə çalışmasında heç bir şübhəsi yoxdur.

Qeyd edilənlər işçi qrupunda ermənilər tərəfindən Los-Ancelesdə insan hüquqlarının kobud pozuntusuna müvafiq qurumlar tərəfindən real hüquqi qiymət verilməsinə ümidləri bir daha möhkəmləndirib. Sonda işçi qrupu adından professor Əmir Əliyev bir daha ABŞ-da demokratiya və hüququn yüksək aliliyini, tarixən formalaşmış və mühüm beynəlxalq standartlarla bu gün də davam edən insan hüquqları siyasətini, ona işçi qrupunun böyük rəğbəti, hörməti və ümidlərini bildirib. Statistikaya görə, bəzi dövlətlərdə qərəzlilik zəminində cinayətlərin çoxunun qurbanları ya qisasdan qorxduqlarına, ya da zərəri kiçik hesab etdiklərinə görə insidentlər haqqında ümumiyyətlə məlumat vermirlər. 21 iyul zorakılığı bu baxımdan istisnadır və qurbanların hamısı faktların bu hesabata daxil edilməsinə kömək göstərməyə razılıq veriblər, çünki ABŞ-ın ədalət mühakiməsinə tam etibar edir və inanırlar ki, ABŞ hökuməti onları ermənilərin gələcək hücumlarından müvafiq müdafiə ilə təmin edəcəkdir.

Əmir Əliyev işçi qrupunun üzvləri adından hesabatın dərc edilməsində dəstəyinə görə BDU-nun rektoru Elçin Babayevə və MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadəyə minnətdarlıqlarını bildirib.

“Şəffaflıq Azərbaycan” təşkilatının rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, qeyd edilən zorakılıq faktlarına görə Los-Ancelesin hüquq-mühafizə orqanlarının nifrət zəminində cinayət maddəsi üzrə cinayət işi başlaması və iyulun 21-də ermənilər tərəfindən törədilmiş “kütləvi zorakılığı” nifrət zəminində cinayət kimi araşdırması üçün tam olaraq qanunverici və faktoloji əsas var. “Bərabərlik prinsipinə sadiq olan cəmiyyət qərəzlilik zəminində cinayətləri digər cinayətlərdən fərqləndirməli və bu cinayətlərə görə daha ağır cəza təyin etməlidir”. Bunu nəzərə alaraq hesabatın sonunda oxşar hadisələrin ABŞ və digər dövlətlərdə gələcəkdə qarşısının alınmasına yönələn müraciətlər yer alır. Belə ki, müvafiq dövlət, o cümlədən hüquq-mühafizə orqanları etnik azərbaycanlılara qarşı etnik ermənilər tərəfindən ciddi nifrət və kinin olmasında məlumatlı olmalıdırlar ki, gələcəkdə zorakılıqların qarşısını alsınlar.

MG Consulting şirkətinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə bu istiqamətdə mühüm faktları əsaslı dəlillərlə təqdim edərək bildirib ki, hesabatın məqsədi şahid ifadələri, foto-video materiallar, elmi mənbələr, məhkəmə işləri və beynəlxalq hüquqi sənədlər əsasında Los-Anceles şəhərində azərbaycanlılara qarşı erməni diasporu nümayəndələrinin törətdiyi əməlləri nifrət cinayəti kimi sübuta yetirmək və ABŞ-ın müvafiq hüquq-mühafizə və digər orqanlarına, eləcə də insan hüquqları sahəsində çalışan təşkilatlara ingilis dilində ətraflı məlumat təqdim etməkdir.

İyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ilə üzbəüz 3-5 min erməni etiraz aksiyası keçirərkən buna 30-60 azərbaycanlı etirazçı çıxışı edib. Getdikcə gərginliyin artdığını görən Los-Anceles polisi azərbaycanlılara təhlükəsiz təxliyə dəhlizi yaratmaq qərarına gəlir. Lakin 200-300 aqressiv erməni azərbaycanlıları təqib edib, etiraz aksiyası yerindən təxminən 300 metr aralıda nifrət hissi ilə onları zorakılığa məruz qoyub. Hücum zamanı ermənilər buzlu su butulkaları, daşlar, taxta dəyənək, parkovka konusu, çəkic və digər alətlərdən istifadə ediblər. Hücum nəticəsində 20-yə yaxın azərbaycanlı fiziki zorakılığa məruz qalıb, o cümlədən yeddi azərbaycanlı (bir qadın da daxil olmaqla) və bir polis məmuru bədən xəsarətləri alıb, onlardan dördü tibbi müalicə alıb. Bir nəfər ikinci dərəcəli beyin silkələnməsi diaqnozu ilə evdə üç həftə müalicə olunub.

Üç şahid bildirib ki, etiraz zamanı bir neçə erməninin qadağan edilmiş erməni terror təşkilatı ASALA-nın loqosu və adı olan paltar geyindiyini görüb (bu fakt foto və video sübutları ilə də təsdiqlənib). Hadisədən sonra ermənilər azərbaycanlıları döydüklərini nümayiş etdirən videoları sosial şəbəkədə xüsusi fəxr hissi ilə paylaşıb, etnik türklərin və azərbaycanlıların ünvanlarını tapmaqda kömək edənlərə 500 ABŞ dolları mükafat təklif edib və azərbaycanlı hamilə qadınlarının qətlə yetirilməsinə dair çağırış ediblər.

Daha sonra Məhəmməd Quluzadə qeyd edib ki, Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığı Kaliforniyanın federal qanunvericiliyində, eləcə də milli və etnik mənsubiyyətə əsaslanan ayrı-seçkiliyi qadağan edən insan hüquqlarına dair beynəlxalq sənədlərdə əks olunmuş nifrət zəminində cinayətlər anlayışının əhatə dairəsinə açıq-aydın düşür.

Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov, Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev və digər çıxış edənlər hesabatın əhəmiyyətini və beynəlxalq praktikaya söykəndiyini vurğulayıblar.

Sonda İşçi qrupu tərəfindən ABŞ-ın müvafiq hakimiyyət, hüquq-mühafizə orqanları və digər qurumlarına aşağıdakı istiqamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsi üzrə bir sıra müraciətlər edilib. Məsələn, Los-Ancelesdə etnik ermənilərin nifrət zəminində etnik azərbaycanlılara hücum etməsinə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin nifrət cinayəti əsasında məsuliyyətə cəlb edilməsi ilə bağlı hərtərəfli araşdırmanı davam etdirməklə bu işə ciddi nəzarət edilməsi; etiraz nümayişini təşkil etmiş ANCA-nın nifrətə əsaslanan zorakılığa təhrikçiliyə görə məsuliyyətə cəlb edilməsi, o cümlədən müsahibəsində nifrət, ayrı-seçkilik və zorakılığı aşılayan fikirlər bildirildiyinə görə ANCA tərəfindən müsahibəni silməklə rəsmi üzr istənilməsi; iki erməni terror təşkilatı - ASALA və “Daşnaksutyun”un ABŞ-da güman edilən gizli dayaqlarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi; Los-Ancelesdə və ondan kənarda etnik ermənilər tərəfindən gələcəkdə nifrət zəminində baş verə biləcək cinayətlərin davamlı monitorinqinin aparılmasının nəzərdə tutulması və s.

Hesabat Azərbaycan və ingilis dillərində dərc edilib. Hesabatın ABŞ-da, Azərbaycanda və digər ölkələrdə 100-dən çox milli və beynəlxalq qurumlara göndərilməsi nəzərdə tutulur.

Hesabat BDU Hüquq fakültəsinin, MG Consulting şirkətinin və “Şəffaflıq Azərbaycan” təşkilatının saytlarında yerləşdiriləcək.

Mətbuat konfransında 30-dan çox kütləvi informasiya vasitəsi nümayəndəsi və digər mütəxəssislər iştirak edib.

Hesabatın sonunda mətbuat nümayəndələrinin sualları İşçi qrupu tərəfindən cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar