DÜNYA
Ermənistan FHN-ə Zvartnos aeroportunun minalanması barədə siqnal daxil olub
Bakı, 16 avqust, AZƏRTAC
Ermənistan Fövqəladə Hallar Nazirliyi bu gün Zvartnos beynəlxalq aeroportuna bomba qoyulduğu barədə siqnal alıb.
AZƏRTAC “Sputnik Armeniya” saytına istinadla xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Ayk Kostanyan bildirib. Onun sözlərinə görə, məlumat FHN katibliyinə elektron poçt vasitəsilə daxil olub. Hazırda aeroportda olan FHN-in briqadaları siqnalı yoxlayırlar. İnsanların təxliyəsi planlaşdırılmır.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan FHN-in Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan metropoliteninin stansiyalarına partlayıcı qurğu qoyulduğu barədə də məlumat daxil olmuşdu. Bununla əlaqədar metronun işi müvəqqəti dayandırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]