DÜNYA


Ermənistanda bir sıra obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib

Tbilisi, 14 avqust, AZƏRTAC

Ermənistan Fövqəladə Hallar Nazirliyinə paytaxt ərazisindəki bir sıra mühüm strateji əhəmiyyətli obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbər daxil olub.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, FHN-ə daxil olan məlumata əsasən, İrəvan metropoliteninin bütün stansiyalarında, hərbi və mülki obyektlərdə, ticarət mərkəzlərində, zooparkda, parlament binasında, Surb Qriqor Lusaroviç kilsəsində partlayıcı qurğular yerləşdirilib.

Bütün metrostansiyaların fəaliyyəti dayandırılıb.

Hazırda həmin ərazilərə xilasedicilər, mütəxəssislər cəlb edilib.

Həmin ərazilərdən əhalinin təxliyəsinə başlanılıb.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.